İdman 10:18 02.05.2013

"Bavariya" "Barselona"nı belə dəfn etdi - VİDEO

Bu gün Çempionlar Liqasının ikinci finalçısı məlum olub.

Qol.Az-ın məlumatına görə, ötən gün "Borussiya"nın finala çıxmasından sonra digər finalçının da adına aydınlıq gəlib. "Barselona"nın qonağı olan “Bavariya” ilk oyunda olduğu kimi yenə rəqibinə aman verməyib. Birinci qarşılaşmada rəqib qapısına dörd cavabsız qol vuran Almaniya təmsilçisi bu oyunda da üstün tərəf olub və 3:0 hesabı ilə qalib gəlib. 

Beləliklə "Bavariya" hər iki oyunun nəticəsinə görə "Barselona"nın qapısına yeddi cavabsız qol vuraraq adını finala yazdırıb.

Qaynar.info