"BDU-da rüşvət var" dediyi üçün məhkəməyə verilən tələbə ölkədən qaçdı

"BDU-da rüşvət var" dediyi üçün məhkəməyə verilən tələbə ölkədən qaçdı

Bu gün Yasamal rayon məhkəməsində BDU-nun "İlahiyyat" fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z.Mirağayevin məhkəməyə gəlmədiyi bəlli olub.

N.İsmayılzadənin vəkili Kamandar Nəsibov deyib ki, Z.Mirağayev cəzadan yayınmaq üçün prosesə gəlmir: "O gördü ki, irəli sürdüyü ittihamları sübut edə bilmir və cəza yaxınlaşdığı üçün məsuliyyətdən yayınmağa çalışır".

Hakim bildirib ki, Z.Mirağayev bir daha məhkəməyə gəlməsə, onun barəsində həbs-qətimkan tədbiri seçiləcək. Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.

Məlumata görə, Z.Mirağayev artıq Azərbaycanı tərk edərək xarici ölkəyə köçüb. 

Qeyd edək ki, Z.Mirağayev mətbuata açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı danışıb. O, bu işdə dekan müavini Nigar İsmayılzadənin adını hallandırıb. N.İsmayılzadə  Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR