İdman 11:50 04.01.2014

"Beşiktaş": "Ronaldinyonu transfer etmək üzrəyik"

“Beşiktaş”dan Ronaldinyonun transferi ilə bağlı rəsmi açıqlama verilib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan klubun baş katibi Mətin Albayraq 33 yaşlı yarımmüdafiəçini heyətlərinə qatmaq üzrə olduqlarını deyib.

Albayraq bu keçidi reallaşdırmaq üçün klub prezidenti Fikrət Ormanı gözlədiklərini bildirib: 

“Hazırda Fikrət Ormanı gözləyirik. O, bazar günü burada olacaq. Məsələni son dəfə müzakirə edib, qərar verəcəyik. Türkiyəyə bir dünya ulduzunu transfer etmək üzrəyik. Təbii ki, son qərarı prezidentimiz Fikrət Orman verəcək. Onu gözləyib, birlikdə qərar verəcəyik”.

Qeyd edək ki, İstanbul klubu cari mövsümün əvvəlindən braziliyalı ulduzu heyətinə qatmaq üçün çalışır. Son olaraq Ronaldinyonun qardaşı və meneceri olan Roberto de Assis yaxın günlərdə İstanbula gələrək klub rəsmiləri ilə danışıqlar aparıb. 


Qaynar.info