İdman 18:18 20.08.2013

"Beşiktaş"ın yeni stadionunun adı müəyyənləşdi

Türkiyənin "Beşiktaş" klubu yeni sponsoru "Vodafone" ilə rəsmi müqavilə imzalayıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, şirkət 2014/2015 mövsümündən etibarən 3+2 il ərzində klubun titul sponsoru olacaq. Bundan "qara qartallar" ümumilikdə 29 milyon avro qazanacaq.

Bundan başqa, "Vodafone"  ilə reklam haqqları, stadionun adı və stadion texnalogiyaları üçün 10+5 illik müqavilə imzlanıb. Bunun sayəsində isə klubun 116 milyon avro qazanacağı bildirilib.

Yeni müqaviləyə əsasən, "Beşiktaş" ev oyunlarını keçiridiyn "İsmət İnönü” stadionu bundan sonra "Vodafone Arena" olacaq.

Qaynar.info