Ekonomiks 15:56 12.08.2015

"Bos Shelf" haqqında şikayətlər səngimir



Həmişə gah fəhlələrin etriraz tətilləri, gah da aramsız narazılıqları ilə gündəmə gələn "Bos Shelf" haqqında şikayətlər yenə səngimir.

Qaynar.info-ya daxil olan şikayət məktubunda, yenə müəssisənin rəhbərliyi - konkret olaraq, Anar Qarayevin adı bir sıra qanunsuz əməllərdə hallanır.

Şikayət məktubunda qeyd oulnur ki, işçilərin əmək müqaviləsini uzatmaq, əlavə iş saatlarını qeydə almaq üçün hər bir işçidən rüşvət tələb olunur.

İşçilər isə işlərini itriməmək üçün rüşvət vermək məcburiyyətində qalırlar.

Bundan əlavə, şirkətdə olan vakansiyaların "açıq bazar"a çıxarılmaqla satıldığı deyilir.

İddiaya görə, iş yerləri 3000-6000 manat arasında qiymətlərlə satılır.

Belə çıxır ki, şirkətin işçiyə təlabatı ola-ola rəhbərlikdə təmsil olunan şəxslər işə götürləcək adamlara şəxsi qazanc mənbəyi olaraq baxırlar.

Aidiyyatı qurumların müəssisədəki vəziyyəti köklü araşdıracağına və problemi həll edəcəyinə ümid edirik.

Qaynar.info