Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub. Qaynar.info xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Turun mərkəzi oyunu "Dalğa Arena"da keçirilib və "Xəzər Lənkəran" "Neftçi" ilə qarşılaşıb. Lənkəran şəhər stadionun ot örtüyü hazır olmadığından cənublular əzəli rəqibini Mərdəkanda qəbul edib. 4 qolun vurulduğu oyun 2:2 hesabı ilə başa çatıb. Matçda hər komandadan 2 futbolçu meydandan qovulub.
Günün digər oyununda autsayderlər - "Sumqayıt"la "Bakı" qarşılaşıb. 90 dəqiqə ərzində qapılara 2 qol vurulub və komandalar meydandan "sülh"lə ayrılıb - 1:1.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Simurq" səfərdə "Qəbələ"ni (3:2), "Qarabağ" evdə AZAL-ı (2:1) məğlub edib. "Araz Naxçıvan" çempionatı tərk etdiyindən bu turda "İnter" istirahət edəcək.
Xəzər Lənkəran - Neftçi 2:2
Qollar: Qalin İvanov, 5. Əfran İsmayılov, 35 - Ruslan Qurbanov, 10. Mirhüseyn Seyidov, 90+4.
Qırmızı vərəqələr: Sadio Tounkara, 45+2. Əfran İsmayılov, 74 - Emil Balayev, 16. Elnur Allahverdiyev, 50.
Sumqayıt - Bakı 1:1
Qollar: Kiyan Sultanpur, 85 - Nurlan Novruzov, 2.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 11 | 7 | 3 | 1 | 20-11 | 24 |
2 | Neftçi | 11 | 6 | 3 | 2 | 15-8 | 21 |
3 | İnter | 11 | 4 | 6 | 1 | 20-4 | 18 |
4 | Simurq | 12 | 5 | 2 | 5 | 16-14 | 17 |
5 | Xəzər Lənkəran | 12 | 4 | 3 | 5 | 16-16 | 15 |
6 | Qəbələ | 11 | 3 | 4 | 4 | 15-18 | 13 |
7 | Sumqayıt | 11 | 3 | 2 | 6 | 12-17 | 11 |
8 | AZAL | 11 | 2 | 4 | 5 | 11-20 | 10 |
9 | Bakı | 12 | 2 | 3 | 7 | 10-27 | 9 |
Bombardirlər | Mikel Alvaro(İnter), Nurlan Novruzov (Bakı) - 7. Məhəmməd Qurbanov (Sumqayıt) - 5. İnnosentEmeqara (Qarabağ), Cavid Heseynov (Qəbələ), Draqan Çeran (Simurq) - 4. |
Qaynar.info
Şərhlər