Maqazin 18:05 06.08.2017

"Cavanşir Məmmədovun koftasından olsaydı, geyinərdim"

Müğənni Kərim Abbasov özünü şou-biznesin ən zövqlü müğənnisi hesab edir. 

"Qaynarinfo"nun axsam.az-a istinadən məlumatına görə, “ATV maqazin onlarla”ya danışan ifaçı heç də həmişə bahalı geyimlərə üstünlük vermədiyini deyib:

“ Özümdən başqa zövqlü müğənni görmürəm. Varsa, göstərin. Zövqlü geyinməyi sevirəm. Deməzdim dəblə ayaqlaşıram. Geyimlərim 3-4 minlik deyil, mən ayağımı yorğanıma görə uzadıram. Aldığım geyimə elə tərz düzüb-qoşuram ki, zövqlü görünür. Ola bilər çox yaraşıqlıyam, ondan irəli gəlir. O zövqü ki mən özümdə görürəm, onu başqasında müşahidə etmirəm. Hamı eyni tərz geyinir. Həmkarlarım bədənlərinə fikir vermir, hamısı qarınlıdır. Paxıllıqdan demirəm, istəyərdim sənət dostlarım bir az özlərinə baxsınlar: bədənlərinə, tərzlərinə fikir versinlər. Yaşar Yusubun tərzində dəyişiklik görürəm”.

Kərim əməkdar artist Cavanşir Məmmədovun verilişlərdən birinə tül koftada gəlməsinə də münasibət bildirib:

“Cavanşir müəllimin şəklini gördüm, orada qeyri-adi bir şey yox idi. İnsanın ürəyi nə istəyib, onu da geyinib. Cavanşir müəllim həmişə öz geyiminə fikir verəndir. Kefi elə istəyib, elə geyinib. O paltardan olsaydı, mən də geyinərdim. Ola bilər, ömür boyu kostyumlar geyinib, birdən-birə bu cür geyindiyinə görə tənqid olunub, amma mən bunda elə bir qəbahət görmürəm”. 

Qaynarinfo.Az