Siyasət 10:51 08.06.2013

"Con Kerri münaqişənin həllində çox maraqlıdır"

Cox da uzaq olmayan gələcəkdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyinə ümid edirəm.

Trend-in məlumatına görə, bunu ABŞ səfiri Riçard Morninqstar jurnalistlərə deyib.

Onun sözlərinə görə, dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllində çox maraqlıdır və hər iki tərəflə çox fəal münasibətlər qurur. Səfir bu konfliktin həll ediləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iyunun 12-də Zalsburqda planlaşdırılmış danışıqların növbəti raundu baş tutmayacaq.

Qaynar.info