Dünya 12:29 10.12.2013

"Davudoğlu "erməni soyqırımı" abidəsinə baş çəksin"


Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan bu ölkəyə səfərə gələcək Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunu tənqid edib.

Qaynar.info
xəbər verir ki, Savarş Koçaryan dünən verdiyi açıqlamasında bildirib ki, Davudoğlu regiondakı müsbət dəyişiklikləri baltalayan təxribatçı açıqlamalar verməkdənsdə, İrəvandakı "Soyqırım abidəsi"nə baş çəkməyi daha yaxşı olardı.

Koçaryan Ermənistanla münasibətlərini yaxşılaşdırmaq üçün Türkiyənin 2009-cu il Sürix protokollarını qeyd-şərtsiz həyata keçirərək töhfə verə biləcəyini söyləyib: "Region ölkələri ilə mədəni əlaqələr qurmaq istəyirsə Ankara "erməni soyqırımı"nı tanımalı və Türkiyə-Ermənistan sərhədlərini açmalıdır".

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu verdiyi açıqlamasında bildirmişdi ki, Ermənistan blokadadan çıxmaq istəyirsə Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

Qaynar.info