İdman 01:43 16.05.2013

"Çelsi" AvroLiqanın qalibi oldu

Bu gün Uefa Avropa Liqasının final görüşü keçirilib. 

Qaynar.info-nun məlumatına görə, finalda İngiltərənin "Çelsi" və Portuqaliyanın "Benfika" klubları üz-üzə gəlib. 

İlk hissəsi qolsuz keçən görüşün ikinci hissəsində "Çelsi" Torres və İvanoviçin qolları ilə qalib gəlib. "Benfika"nın yeganə qolunu isə 11 metrlik cərimə zərbəsindən Kardozo vurub. 

Beləliklə, "Çelsi" rəqibinə 2-1 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb. 

Qaynar.info