Ölkə 13:02 27.05.2013

"Epizodik sevgilər"ə təqdimat


Mayın 28-də, saat 15.00-da  "YerAltından Kitablar" kafesində (Tolstoy küçəsi, İSR Plazanın arxası) şairə Rəbiqə Nazimqızının  yenicə çapdan çıxmış "Epizodik sevgilər" adlı kitabının imza günü keçiriləcək.

Xatırladaq ki, Rəbiqə Kultazın təşkilatçılığı ilə keçirilən "Nəsimi" milli ədəbiyyat müsabiqəsinin ilk finalçılarından biridir.

"Yazıçı" nəşriyyatında işıq üzü görən kitaba müəllifin son illərdə qələmə aldığı müxtəlif mövzulu şeirlər daxil edlib. Kitabın redaktoru və ön sözün müəllifi Qismət Rüstəmovdur.

"Epizodik sevgilər" müəllifin ikinci kitabıdır.  Qiyməti 5 manatdır.

Bu, müəllifin ikinci kitabıdır.

İmza günündə iştirak sərbəstdir.

Kult.az