Dünya 13:39 07.08.2017

"Facebook"un köhnə meneceri: "Mədəniyyət 30 il içində məhv ola bilər"

"Facebook" sosial şəbəkəsinin keçmiş məhsul menecerlərindən olan Antonio Qarsia Martinez bildirib ki, növbəti 30 il ərzində mədəniyyət tamamilə məhv ola bilər.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Martinez "Silikon vadisinin sirrləri" sənədli filminin üzvlərinə müsahibə verib. ABŞ-ın Setl bölgəsindəki Orkas adasında aldığı geniş ərazidə yaşamağa davam edən Antonio "Növbəti 30 il ərzində dünya əhalisinin yarısı işsiz olacaq, vəziyyət daha da pisləşəcək və mədəniyyət tamamilə çökəcək, buna görə də buradayam" deyib.

Silikon vadisində istehsal edilən süni intellekt və robot texnologiyasının daha qısa müddətdə dünyanın iqtisadi tarazlığını pozacağını, bizə mümkünsüz görünən texnoloji yeniliklərin 5-10 il müddətində reallığa çevriləcəyini deyən Martinez vəziyyətin günbəgün daha da ciddiləşdiyini bildirib. Keçmiş menecer adadakı bölgəsində özünə bəs edəcək şərait yaradır, sığınacaqlar tikir, təmiz su, kənd təsərrüfatı məhsulları, silah-sursat stoklayır.

Martinez deyir ki, hazırda siyasətlə texnologiyanın yarışı davam edir və texnologiya irəlidədir. Texnologiyanın inkişafı çox sayda insanın işsiz qalması və səfalətlə nəticələnəcək.

O, həmçinin inzivaya çəkilən tək Silikon vadisi üzvü olmadığını və mütəxəssislərin gələcəkdən qorxduğunu qeyd edib.

Gülşən

Qaynarinfo.Az