İdman 11:25 30.12.2013

"Fənərbaxça" tətilə darmadağınla getdi - VİDEO


Dünən Türkiyə Superliqasında 17-ci tura yekun vurulub.

Qaynar.info
xəbər verir ki, doğma meydanda "Kayserispor"u qəbul edən lider "Fənərbaxça" rəqibini 5-1 hesabı ilə darmadağın edib.

İlk hissədə qol olmasa da, azarkeşlər ikinci hissədə əsl qol yağışının şahidi olublar.

Bu nəticə ilə "Fənərbaxça" 41 xalla öz liderliyini daha da möhkəmlədib.

Qaynar.info