"First lady" Hamburqda mühasirədə qaldı

"First lady" Hamburqda mühasirədə qaldı

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp "Böyük 20-lik" ölkələrinin görüşündə iştirak edə bilməyib.

"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən "Böyük 20-lik" sammitinə qarşı təşkil edilən etiraz aksiyaları davam edir. Minlərlə insanın iştirak etdiyi nümayişlər şəhərdə xaosa səbəb olub. Hətta ABŞ-ın "first lady"si təhlükəsizlik səbəbilə sammitdə iştirak etmək üçün hoteli tərk edə bilməyib. Donald Trampın zirvə görüşünə getdiyi istiqamətdə etirazçıların nümayişə başladığı, lakin polisin müqavimət göstərərək aksiyanı dağıtdığı deyilmişdi.

Qeyd edək ki, etiraz nümayişləri səbəbilə sammitin proqramında ciddi dəyişikliklər edilib.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR