Siyasət 16:40 24.07.2013

"Hamı seçkilərə öz şəxsi işi kimi baxmalıdır" -Məzahir Pənahov

Avropa Seçki Rəsmiləri Rəhbərlərinin Assosiasiyası illik hesabat yığıncağında Azərbaycanda seçki ilə bağlı vəziyyəti yüksək qiymətləndirilib.
APA-nın verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Gəncədə səfərdə olan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov verib. O qeyd edib ki, Avropa Seçki Rəsmiləri Rəhbərlərinin Assosiasiyasının illik hesabat yığıncağında iştirak edib və qurum Azərbaycanda seçki ilə bağlı vəziyyəti yüksək qiymətləndirib.

“Seçkilərlə bağlı hərtərəfli maarifləndirmə tədbirləri həyata keçirilir. Yaxınlarda Avropa İttifaqı Avropa Şurası ilə birgə icra qurumları rəhbərlərinin tədbiri keçiriləcək. Hesab edirəm ki, bütün şərait yaradılandan sonra, seçki komissiyaları və ictimaiyyət maarifləndirildikdən sonra seçkilərdə hansısa xoşagəlməz hala rast gəlinməsinə yol verməyə haqqımız yoxdur”

Məzahir Pənahov bildirib ki, hamı seçkilərə öz şəxsi işi kimi baxmalıdır: “Hamı əlindən gələn bütün işləri görməlidir ki, ölkədə keçiriləcək seçkilərdə keç kimin hətta istəsə belə kölgə salmaq imkanı olmasın”.

Qaynar.info