Texnologiya 15:25 21.07.2017

"Hyperloop" nəqliyyat növü gerçək olur? (FOTOLAR)

Məşhur amerikalı mühəndis və milyarder İlon Mask "hyperloop" adlanan sürətli nəqliyyat sisteminin tikintisi üçün icazə aldığını iddia edib.

"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, "Twitter" hesabından bu barədə yazan Mask sahibi olduğu "Boring Company" üçün Nyu York-Filadelfiya-Baltimor-Vaşinqton "hyperloop" xəttinin tikilməsi barədə hökümətdən qeyri-rəsmi razılıq əldə etdiyini deyib. O bildirib ki, Nyu York və Vaşinqton arasında səyahət artıq 29 dəqiqə ərzində mümkün olacaq. Razılığı kimdən aldığını qeyd etməyən mühəndisin səsləndirdiyi fikirlər dövlət rəsmiləri tərəfindən təsdiq edilməyib.

Qeyd edək ki, əgər bu ideyanı gerçəkləşdirmək mümkün olsa, nəqliyyat sahəsində inqilabi addım atılmış olacaq, çünki "hyperloop" nəqliyyat növü ilə saatda 970km/saat sürətlə sərnişindaşıma mümkündür. "Hyperloop" 1200km/saat sürətə də çata bilir.

İdeya 2013-cü ildə irəli sürülüb və  Tesla və SpaceX şirkətləri tərəfindən hazırlanıb.

Gülşən

Qaynarinfo.Az