Siyasət 14:14 29.07.2013

"İbrahimbəyova qarşı heç bir ittiham irəli sürülməyib"

“Milli Şuranın sədri və vahid namizəd Rüstəm İbrahimbəyova qarşı heç bir ittiham irəli sürülməyib”.

Bu sözləri APA-ya açıqlamasında R. İbrahimbəyovun vəkili Fuad Ağayev məlumat verib.

F. Ağayev bildirib ki, R. İbrahimbəyova qarşı hər hansı bir ittihamın irəli sürülməsi ilə bağlı məlumatı yoxdur: “Ona qarşı heç bir ittiham irəli sürülməyib. Buna əsas da yoxdur. Sadəcə olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsində onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı əsassız olaraq cinayət işi başlanılıb və bununla bağlı bir neçə nəfər dindirilib”.

Qaynar.info