Siyasət 14:52 13.07.2013

"İbrahimbəyovla İsa Qəmbər arasında intiriqa yaratmayın"

“Müsavat Partiyası fəaliyyəti ərzində həmişə açıq mövqedə olub. Bəziləri elə bilir ki, biz bir qərar veririk, amma arxada nəsə başa cür düşünürük. 

Belə bir məsələ yoxdur. Müsavat Partiyası Milli Şuranın yaradılmasında çox böyük fədakarlıq edib. Bu partiya heç bir siyasi təcrübəsi olmayan adamı vahid namizəd olaraq seçib. Aydın mövqe qoyub ortaya, bu gün də o mövqenin arxasındadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Müsavat Məclisinin üzvü Vurğun Əyyub qurumun toplantısındakı çıxışında deyib. O, bildirib ki, Müsavat Partiyasının seçki prosesində görəcəyi işlər sabah Rüstəm İbrahimbəyovun prezident seçkilərində seçilməsinə xidmət edir: “Müsavat Partiyası ilə, Rüstəm İbrahimbəyovla İsa Qəmbər arasında intiriqa yaradanlar bundan əl çəksinlər”.

Qaynar.info