Maqazin 13:41 26.10.2014

"İstəsək, Bentley sürərik" - Әkizlәrdәn atmaca

Əkiz müğənnilәr Sevil və Sevincin işlətdiyi ifadələr bacıları şou əhli ilə düşmən edəcək. 

Qaynar.info gecce.az-a istinadla bildirir ki, sətiraltı ismarıclarını göndərən qızlar maşındansa ev almağı üstün tutdular:“İstəsəm Bentley və ya Maserati sürərəm, o, sonranın işidir. Mən elə hədiyyələri heç vaxt qəbul etmərəm. Allah nə verirsə, özünə versin. Çünki kiminsə qabağında başıaşağı olmaqdansa, yanında yetim kimi dayanmaqdansa “Zapı” olsun, özümün olsun”. 

Əkizlər gənc olmalarına baxmayaraq, artıq gələcəklərini də düşünürlər. Müğənnilər biznes qurmaq fikrinə düşüblər.

Qaynar.info