Maqazin 17:46 04.03.2015

"Kurtlar Vadisi Pusu" rekord qırdı

Məşhur “Kurtlar Vadisi Pusu” serialı “Youtube” kanalında 2 ay ərzində 36 milyon 305 min dəfə izlənilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 ildir nümayiş olunan ekran işi bununla da reytinq rekordu qırıb. Baş rolda Nəcati Şaşmazın çəkildiyi serial yayımlandığı “Kanal D” ilə yanaşı, internetdə də ən çox baxılan olub.

“Kurtlar Vadisi Pusu”, həmçinin, “Youtube”da ingilis və ərəb dillərində alt yazısı ilə izlənilə bilir.

Qaynar.info