İdman 15:36 30.09.2013

"Mançester" "Barselona"nın futbolçusunu istəyir

İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın daha bir futbolçusuna "elçi" düşüb.

Qol.Az-ın məlumatına görə, Mançester təmsilçisi Sesk Fabreqasın ardından "Barsa"nın gənc oyunçusu Serji Robertonu heyətinə qatmağı planlaşdırır.


Devid Moyes yanvar ayından 21 yaşlı futbolçunu komandasında görmək istəyir. "Mançester Yunayted" klubu Serji üçün 6 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Serjinin "Barselona" ilə 2015-ci ilə qədər müqaviləsi var.

Qaynar.info