Maqazin 09:54 13.10.2017

"Maşın-şou": Arif Quliyev əsəbin, Günel isə SMS-in güdazına getdi

Xalq artisti Arif Quliyev "Maşın" şoudan uzaqlaşdırılıb. Buna səbəb onun səhhətində yaranan problem olub. Qəfil halı pisləşən aktyor evinə yola salınıb. Həkim nəzarətində olan A.Quliyev xəstəxanaya yerləşdirilmək istəməyib.

Proqramın aparıcısı Murad Dadaşov aktyorun artıq "Maşın"dan uzaqlaşdırıldığını deyib və ona sağlamlıq arzulayıb.

SMS səsverməsinə isə müğənni Günel Ələkbərova çıxıb. O, səs toplayarsa, prodüser Vüsalə Kərimovanı çıxaracağını deyib. Iki xanım arasında veriliş boyu mübahisə yaşanıb. G. Ələkbərova 33.06 faiz səs toplayaraq oyundan gedib.

Qeyd edək ki, Vüsalə Kərimova, meyxanaçı Vüqar, Tünzalə Əliyeva, Xatun Əliyeva, İlqar Mikayıloğlu, İlkin Misgərli, Ülviyyə Alovlu, Zemfira Adgözəlova, Rauf Əhmədov, Talıb Taleh, Elşad Xose, Vüsalə Əlizadə, Mehriban Xanlarovanın mübarizə apardığı şounun qalibinə 60 min dəyəri olan "Nissan Altima Restyle" avtomobili hədiyyə olunacaq (musavat.com).

Qaynarinfo.Az