Maqazin 09:22 17.10.2017

"Maşın" şounu bu dəfə kim tərk etdi?

Hər axşam ATV telekanalının efirində yayımlanan “Maşın” şounu növbəti iştirakçı tərk edib.

"Qaynarinfo" bizimyol.info-ya istinadən xəbər verir ki, hamının “Bozbash”ın Qılmanı kimi tanıdığı İlkin Misgərli səsvermədə iştirak etdi və hədəfinin jurnalist Ülviyyə Alovlu olduğunu bildirdi. Maraqlıdır ki, aktyor oyundan kimi çıxaracağını söyləsə də, qarşı tərəf mübarizə aparmayacağını qeyd etdi. Lakin Ü.Alovlunun bu addımını taktiki gediş kimi qiymətləndirənlər də oldu. Şounun gedişatında səs faizinin İlkinin əleyhinə dəyişməsi, bunu bir növ sübut etdi.

“Maşın” şouda özünəməxsus, emosianal çıxışları ilə fərqlənən reper Rauf Əhmədov digərləri kimi Ülviyyəni mübarizə aparmağa çağırdı və maraqlı sözləri ilə yadda qaldı: “Ülviyyə sən, Ülviyyə Alovlu yox, “pramoy” xalaoğlusan”.

Sonda səs toplamağı bacaran aktyor İ.Misgərli söylədiyinin üstündə dayanaraq Ülviyyə Alovlunu şoudan kənarlaşdırıb. Beləliklə, yarışmada artıq 10 nəfər iştirakçı qaldı.


Qaynarinfo.Az