Maqazin 08:34 11.11.2014

"Mavi" cütlüyün 3 uşağı olacaq - FOTOLAR

İngiltərədə 15 ildir bir yerdə yaşayan "mavi" cütlüyün başına qəribə hadisə gəlib. Qaynar.info xəbər verir ki, onların 3 uşağı birdən olacaq.

Belə ki, 41 yaşlı Dari Lee və 50 yaşlı Luke Harris uşaq sahibi olmaq istəyib. Bunun üçün internetdə elan verən cütlüyün övladına "daşıyıcı ana" olmaq istəyən 3 qadın onlara  razılıq verib. Öncə Bekki (27 yaş), ardınca Beks (32 yaş), sonda Viktoriya (32) adlı qadınlarla əlaqə yaradan cütlük 3 qadının da hamilə olması barədə xəbəri eyni anda alıb. Onların hər üç övladı yeni ilin ilk yarısında dünyaya gələcək.

Qaynar.info