Ölkə 11:55 03.03.2014

"Mesaj" layihəsi Quba və Xaçmazda icra edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "Mesaj" layihəsinin Quba və Xaçmaz şəhərlərində təqdimatı keçirilmişdir. 

Təqdimat zamanı gənclərə "Mesaj" adlı video-çarx nümayiş etdirilib. Həmçinin "Mesaj" adlı kitab gənclərə paylanılıb. QHT nümayəndlərinin, xüsusən gənclərin iştirak ilə ictimai müzakirələr təşkil olunub.

"Mesaj" layihəsi "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyası çərçivəsində icra edilir. Layihənin rəhbəri Rövşən Nəcəfovdur. 

"Mesaj" layihəsi bundan əvvəl Gəncə və Mingəçevir şəhərlərində görüşlər keçirib. Yekun tədbir Bakı şəhərində baş tutacaqdır. 

Tədbirdə çəkilmiş fotolar Orxan Əzim-ə məxsusdur.

“Mesaj” adlı video-çarx: http://www.youtube.com/watch?v=VVLWlkjaYqs