İdman 10:30 21.08.2013

"Milan" qalib gələ bilmədi: ÇEMPİONLAR LİQASI

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Qazaxıstanın “Şaxtyor” klubu Hollandiyanın “Seltik” komandasına, "Real Soseydad" isə "Lion"a 2:0 hesabı ilə qalib gəlib. Portuqaliyanın  “Pakos de Fereyra” klubu öz meydanında “Zenit”ə böyük hesabla uduzub - 1:4. PSV “Milan”la 1:1 hesablı bərabərə qalıb.  “Viktoria” isə “Maribor”u 3:1 hesabı ilə məğlub edib.

Bu gün keçiriləcək beş oyunla pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunları avqustun 27 və 28-də baş tutacaq.

Qaynar.info