İdman 16:24 26.12.2013

"Milan" Robinyonu satır


İtaliyanın "Milan" klubu braziliyalı hücumçü Robinyo ilə yollarını ayırmaq qərarına gəlib.

Qaynar.info
xəbər verir ki, İtaliyanın "La Gazetta dello Sport" qəzeti klubun vitse-prezidenti Adriano Qalianinin Braziliyaya gedərək futbolçu ilə bağlı "Santos" klubu ilə danışıqlar apardığını yazıb.

Ola bilsin ki, Robinyo 2014-cü ilin yanvarında 29 yaşlı futbolçu "Santos" a qayıtsın.

Bundan başqa Qaliani Klarens Zeedorfla danışıqlar aparır.

Veteran futbolçunun "Milan"ın baş məqçisi postuna gətiriləcəyi gözlənilir.

Qaynar.info