İdman 18:36 30.05.2013

"Neftçi" mühafizəçilərini cəzalandıracaq

"Neftçi" mühafizəçilərini cəzalandıracaq.

Qaynar.info klubun rəsmi saytına istinadən məlumat verir ki, "Neftçi" PFK rəhbərliyinin qərarı ilə Azərbaycan kubokunun final oyununda "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasından sonra baş vermiş hadisələr zamanı vəzifə təlimatlarını düzgün yerinə yetirməyən "Neftçi" PFK-nın Təhlükəsizlik Xidmətinin işinə yenidən baxılması və günahkar şəxslərin cəzalandırılması barədə sərəncam verilib.

Qaynar.info