İdman 19:39 05.02.2014

"Neftçi" "Qarabağ"ı darmadağın etdi

 

"Bakcell U-14 Elit Kuboku" turnirinin 1/2 final mərhələsində bu gün Bayıl stadionunda "Neftçi" və "Qarabağ" komandaları qarşılaşıb.

Fanat.az xəbər verir ki, 4:0 hesabı ilə qələbə qazanan "Neftçi" finala vəsiqə əldə edib.

Digər yarımfinal oyunu sabah - fevralın 6-da, Binə stadionunda "Bakı" və "İnter" komandaları arasında keçiriləcək. Qarşılaşma saat 12.00-da başlayacaq.

Qaynar.info