İdman 22:24 04.05.2013

"Neftçi" "Qarabağ"ı məğlub etdi

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" Bakının "Neftçi" klubu ilə qarşılaşıb. 

Oyunda ilk topu "Neftçi"nin hücumçusu Nikolas Kanales 22-ci dəqiqədə vurub (0:1).

Oyunun 72-ci dəqiqəsində isə "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda cavab qolu vuraraq hesabı bərabərləşdirib (1:1).

84-cü dəqiqədə Kanales bu oyunda öz ikinci qolunu vuraraq (1:2) komandasını irəli çıxardıb.

Beləliklə "Neftçi" bu oyunda qələbə qazanaraq çempionluğa daha da yaxınlaşıb.

Qaynar.info