İdman 10:01 17.12.2013

"Neftçi" Vaqif Sadıqov üçün son rəqib ola bilər


AZAL-ın baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən gedə biləcəyi ilə bağlı xəbərlər tez-tez yayılır. Fanat.az xəbər verir ki, artıq uzun müddətdi bu barədə iddialar dolaşsa da, AZAL rəhbərliyi hələlik səbr edir.

Amma dekabrın 20-də baş tutacaq "Neftçi" ilə matç mütəxəssis üçün sonuncu matç olacaq. Belə ki, klub rəhbərliyi bu oyundan sonra baş məşqçi ilə bağlı qərar verəcək. Amma bu qərarın hansı yöndə olacağı hələ dəqiq deyil. Rəhbərlik bütün günahı baş məşqçidə görüb onu yola sala da, yayda istənilən heyəti qurmaq üçün ona lazım olan transfer büdcəsini vermədiyi üçün özünü də qınaya da bilər. Hər halda, hər şey "Neftçi" matçından aslı olacaq. Sadıqov bu oyunda qələbə qazanmaq vəzifəsini qoruya bilər.

Qeyd edək ki, XVI turda 10 oyunluq qələbəsizliyə "Rəvan"la matçda son qoyan AZAL XVII turda "Simurq"a böyük hesabla yenilib - 0:0. "Təyyarəçilər" hazırda 21 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qaynar.info