Xəbər lenti

"Neftçi"də istefa
İdman 12:41 29.05.2013

"Neftçi"də istefa

“Oyun maraqlı və gərgin alındı. Əlbəttə ki, kubokun finalında qalib gəlmək xoşdur. Ancaq oyundan sonra yaşananlar belə bir mübarizəyə yaraşmadı”.

Bu sözləri Fanat.az-a açıqlamasında «Neftçi»nin idman direktoru Güloğlan Cabbarov deyib.

Cabbarov açıqlamasında insidentə Toşakın səbəb olduğunu bildirib: “Matç bitəndən sonra “Xəzər Lənkaran”ın baş məşqçisi Con Toşak qapıçımızı təxribata sürüklədi. Ardınca oğlu başda olmaqla, digərləri də futbolçularımıza təzyiq etdilər və insident böyüdü. Mən komandanın rəisiyəm və çaxnaşmaya müdaxilə etməyə bilməzdim. Məqsədimiz aranı sakitləşdirmək, böyüməkdə olan insidentin qarşısını almaq idi. Amma hansısa əcnəbinin və özüylə gətirdiklərinin bayram günündə eyni xalqın nümayəndələrinin arasına nifaq salması faktdır. Bu “böyük oyun” bayram ab-havası ilə yekunlaşmalıydı. Bura komandaya uğur qazandırmaq üçün gətirilən təcrübəli məşqçi hamının əhvalını korladı.

Sonda “ağ-qaralar”ın rəisi istefa ərizəsini yazdığını söyləyib: “Vallah, mən daha futbolda qalmaq istəmirəm. Götürün, kadrlara baxın. Hər şey lentə alınıb. İstefa ərizəmi oyundan dərhal sonra rəhbərliyə təqdim etmişəm. Uğurumuza kölgə salmaqdan zövq alanlarla psixoloji müharibə aparmaqdan yorulmuşam”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->