İdman 17:13 31.05.2013

"Neftçi"dən 3 nəfər qovuldu

“Neftçi” klubu 3 əməkdaşını qovub. 

Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, klub rəhbərliyi Təhlükəsizlik Xidməti strukturunun yenidən formalaşdırılması ilə bağlı qərar qəbul edib. 

Vəzifə təlimatlarının yerinə yetirilməsində yol verdiyi nöqsanlara görə mühafizəçilər - Şəhriyar Ağayev, MirRamin Seyidov və Elnur Əsgərov işdən azad olunublar.

Qaynar.info