İdman 20:40 22.11.2014

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi

“Neftçi”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Qaynar.info xəbər verir ki, bu post bundan əvvəl "ağ-qaralar"ın U-19 komandasını çalışdırmış Samir Əliyevə tapşırılıb. 

Samir Əliyev hazırda AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri “Xəzər Lənkəran”la sabah keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.

Bundan başqa, “Neftçi” PFK-nın U-19 komandasının baş məşqçisi vəzifəsinə Azər Bağırov təyin olunub.

Qaynar.info