Siyasət 10:33 26.07.2013

"New York Times" səhvini düzəltdi

Azərbaycanın ABŞ-dakı Səfirliyinin dərhal müdaxiləsindən sonra ölkənin The New York Times qəzetinin internet saytında hava proqnozu bölümündə Bakının Ermənistanın paytaxtı kimi göstərilməsi səhvi düzəldilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat verib.

Qeyd edək ki, dünən ABŞ-ın The New York Times qəzetinin rəsmi internet səhifəsinin hava proqnozu bölümündə Azərbaycanın paytaxtı Bakı şəhəri Ermənistanın paytaxtı kimi göstərilmişdi.

Qaynar.info