İdman 15:21 20.12.2013

"Onun futboldan anlayışı yoxdur" - Messi


"Barselona"nın hücumçusu Lionel Messi klubun vitse-prezidenti Xavyer Fausun onun haqda dediklərinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Messi maaşının artırılması ilə bağlı rəhbərliklə heç bir danışıq aparmadığını deyib:

"Cənab Fausun futboldan anlayışı yoxdur. O, "Barselona"ya rəhbərlik etmək istəyir. Ancaq bu mümkün deyil. "Barsa" dünyanın ən yaxşı klubudur və bu komandanı yüksək səviyyəli funksionerlər idarə etməlidir. Demək istəyirəm ki, maaşımın artırılması ilə bağlı rəhbərliklə heç bir danışığım olmayıb".

Qeyd edək ki, Faus daha öncə verdiyi açıqlamasında "Barselona"nın maaşının artırılmasını tələb edən Messiyə yeni müqavilə təklif etməyəcəyini bildirmişdi.

Qaynar.info