İdman 09:49 06.11.2013

"Qalatasaray" uduzdu


Noyabrın 6-da UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlara start verilib.
Trend-in məlumatına görə, Azərbaycan futbolsevərlərinin diqqəti Danimarkaya yönəlib.
Burada B qrupu çərçivəsində "Kopenhagen" "Qalatasaray" klubunu qəbul edib.
Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayıb. Gərgin keçən matçda "Kopenhagen" "Qalatasaray"ı 1:0 hesabı ilə məğlub edib.
Qrupların digər oyunlarının nəticələri aşağıdakı kimidir:

A qrupu

"Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0 - 0
"Şaxtyor" (Ukrayna) - "Bayer" (Almaniya) - 0:0

B qrupu

"Yuventus" (İtaliya) - "Real Madrid" (İspaniya) - 2:2

C qrupu

"Olimpiakos" (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 1:0
PSJ (Fransa) - "Anderlext" (Belçika) - 1:1

D qrupu

"Mançester Siti" (İngiltərə) - CSKA (Moskva, Rusiya) - 5:2
"Viktoriya" (Çexiya) - Bavariya" (Almaniya) - 0:1


Qaynar.info