İdman 14:57 25.08.2013

"Qalatasaray"da növbəti ayrılıq


"Qalatasaray" daha bir futbolçusu ilə yollarını ayırmağa qərar verib. Qaynar.info Fanat.az-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" Kulio və Elmanderdən sonra Albert Ryera ilə vidalaşacaq.

Fatih Terimin əsl hədəfinin cinah oyunçu almaq olduğu bildirilib. Bundan ötrü artıq klub menecerlərinin Karlinyosla danışıqlara başladığı söylənilir.

Qaynar.info