İdman 10:14 26.12.2013

"Qalatasaray"dan kimlər gedir?

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini gedəcək futbolçularla bağlı qərar verib. Fanat.az xəbər verir ki, italiyalı baş məşqçi legioner limitini boşaltmaq üçün iki əcnəbinin satılmasını və ya icarəyə verilməsini istəyib.

Mançininin siyahısına Dani Nounkeu və Nordin Amrabat düşüb. Hər iki futbolçu yaxın günlərdə transferə çıxarılacaq.

Qeyd edək ki, "Qalatasaray"da 46 oyun keçirmiş "Qaziantepspor"dan transfer olunan Dani kobud səhləri ilə tez-tez komandanı çətin vəziyyətdə qoyub. Müdafiədəki boşluqları doldura bilməyən kamerunlu arxa xətt oyunçusu bu səbəbdən baş məşqçinin etimadını qazana bilmir. Mərakeşli Amrabat isə 49 oyunda 2 qola imza atıb. Fatih Terimin vaxtında "Kayserispor"daq böyük ümidlərlə alınmışdı.

Onu da qeyd edək ki, "Qalatasaray"ın Albert Riera ilə yollarını ayıracağı uzun müddət bundan əvvəl bəlli idi. İspan futbolçu Türkiyədə keçirdiyi 77 oyunda 4 qol vurub.

Qaynar.info