İdman 19:21 23.11.2014

"Qarabağ" AZAL-ı, "Simurq" "Qəbələ"ni uddu

Bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Qaynar.info xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.

Tura "Qarabağ" - AZAL oyunu ilə start verilib. 2:1 hesablı qələbə qazanan Ağdam klubu liderliyini möhkəmləndirib.

Günün ikinci oyununda isə iki əyalət klubu - "Qəbələ" və "Simurq" qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan oyunda 5 qol vurulub və qonaqlar 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. "Xəzər Lənəran" "Neftçi"ni, "Sumqayıt" "Bakı"nı qəbul edəcək. "Araz Naxçıvan" çempionatı tərk etdiyindən bu turda "İnter" istirahət etməli olacaq.

Premyer Liqa
XIII tur, 23 noyabr

Qarabağ - AZAL 2:1
Qollar: İlqar Qurbanov, 30. Eltun Yaqublu, 57 (avtoqol) - Rəşad Abdullayev, 61-pen.
Qırmızı vərəqə: Ruslan Məcidov, 31.

Qəbələ - Simurq 2:3
Qollar: Ekiqo Ehiosun, 40. Bəxtiyar Soltanov, 90+2 - Marko Stanoyeviç, 7. Draqan Çeran, 79; 83.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

11

7

3

1

20-11

24

2

Neftçi

10

6

2

2

13-6

20

3

İnter

11

4

6

1

20-4

18

4

Simurq

12

5

2

5

16-14

17

5

Xəzər Lənkəran

11

4

2

5

14-14

14

6

Qəbələ

11

3

4

4

15-18

13

7

AZAL

11

2

4

5

11-20

10

8

Sumqayıt

10

3

1

6

11-16

10

9

Bakı

11

2

2

7

9-26

8

 

Bombardirlər

Mikel Alvaro (İnter) - 7. Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt) - 5. İnnosent Emeqara (Qarabağ), Cavid Heseynov (Qəbələ), Draqan Çeran (Simurq) - 4.


Qaynar.info