İdman 22:32 18.07.2017

"Qarabağ" meydan sahibinə qol vurdu 1:0

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində  “Samtredia” – “Qarabağ” oyunu başlayıb.

Musavat.com xəbər verir ki, Tbilisidə keçirilən oyun gərgin idman mübarizəsi şəraitində başlayıb.  İlk dəqiqələrdə meydan sahibləri fəallıq göstərsələr də "Qarabağ" tezliklə təşəbbüsü ələ alıb və ilk oyunda olduğu kimi, yenə də cərimə zərbəsindən hesabıaçıb. Qolu"Qarabağ"ın haitili legioneri Donald Gerye vurub.

Bundan başqa da "Qarabağ"ın bir neçə dəfə hesabı artırmaq imkanı olub.

Xatırladaq ki, ilk oyun 5:0 hesabıyla "Qarabağ"ın xeyrinə başa çatıb.

Qaynarinfo.Az