İdman 13:27 09.08.2017

"Qarabağ" millimizin üzvünü transfer etdi

Çempionlar Liqasında qarşısına böyük hədəflər qoyan "Qarabağ" heyətini gücləndirməkdə davam edir.

"Qaynarinfo" sport7.az-a istinadən xəbər verir ki, bu mövsüm "Qarabağ"ın əsas komadasıyla yanaşı U-19 da Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Rəşad Sadıqovun çalışdırdığı komanda bu nüfuzlu turnirdə iştirak üçün yeni heyət formalaşdırır.

"Neftçi"nin və U-19 millimizin hücumçusu Pilağa Mehdiyev artıq "Qarabağ"ın düşərgəsindədi. Əldə etdiyimiz özəl məlumata görə, bu gün futbolçuyla 4 illik müqavilə imzalanıb. Bakıda keçirilən U-17 milliləri arasında Avropa çempionatında iştirak etmiş və komandamızın Belçika ilə oyundakı bərabərlik qolu zamanı məhsuldar ötürmə müəllifi olan istedadlı futbolçu bundan sonra "Qarabağ"ın şərəfini qoruyacaq.

Qaynarinfo.Az