İdman 09:48 04.05.2013

"Qarabağ" "Neftçi"yə, "İnter" "Bakı"ya qarşı


Bu gün Topaz Premyer Liqanın 29-cu turuna yekun vurulacaq.

İkinci oyun günündə üç qarşılaşma baş tutacaq. Günün ən maraqla gözlənilən matçı “Qarabağ” – “Neftçi” oyunudur. Bu komandalar bu mövsüm üç dəfə çempionatda, iki dəfə isə kubok oyunlarında üz-üzə gəlib. “Qarabağ” hər üç çempionat oyununda rəqibinə qalib gəlsə də, kubok oyunlarından Ağdam təmsilçisini məhz “Neftçi” kənarlaşdırıb. Bu, görüşün prinsipiallığını daha da artıran amillərdəndir. Həmçinin bu oyunu çempionluq üçün həlledici matç adlandırmaq olar. Belə ki, “Neftçi” qalib gələcəyi halda “Qarabağ”la xal fərqini altıya çatdıracaq. Belə olarsa, sona üç tur qalmış altı xallıq fərqi aradan qaldırmaq “Qarabağ”a çətin olacaq və “Neftçi” erkən çempionluğa sevinə bilər. “Qarabağ” isə  qalib gələcəyi halda liderliyi ələ keçirəcək. Ona görə də bu oyunun çox maraqlı və gərgin keçəcəyi şübhəsizdir.

Digər oyunda çempionluqdan əlini üzmək üzrə olan “İnter” “Bakı”nı qəbul edəcək. “Bakı” isə Avrokuboklara vəsiqə qazanmaq üçün dördüncü yerə ümid edir. Ona görə də “İnter”ə mütləq qalib gəlməlidir.

Daha bir görüş ikinci “alıtılıq”da keçiriləcək. “Sumqayıt” öz meydanında “Rəvan”ı qəbul edəcək.

4 may

17:00. “Sumqayıt” – “Rəvan”

“Bayıl Arena” stadionu

19:00. “Qarabağ” – “Neftçi”
T.Bəhramov adına Respublika stadionu

21:00. “İnter” – “Bakı”
“Şəfa” stadionu


3 may

17:00. “Turan” – AZAL - 0:2

18:00. "Simurq” – “Qəbələ” - 2:0

19:00.“Xəzər Lənkəran” – “Kəpəz” - 1:0

Qol.az