Ölkə 21:19 06.08.2017

"Qarabağ"ın Avropada oynaması erməniləri narahat edir

Danimarkada yaşayan soydaşlarımız “Qarabağ” – “Kopenhagen” oyununda klubumuza dəstək versələr, bu, komandamız üçün böyük mənəvi dəstək olar”.

"Qaynarinfo" xəbər verir ki, bunu AFN.az saytına açıqlamasında diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk belə deyib.

“Məncə, İsveçdə yaşayan soydaşlarımız da bu məsələdə fəal ola bilərlər. Dəstəyi vahid və koordinasiya şəkildə apara bilsək, yaxşı effekt verər. Bunun üçün diaspor təşkilatlarımız aktiv fəaliyyətə keçməlidirlər. Nəzərdən qaçırmamalıyıq ki, “Qarabağ”ın Avropada oynaması erməni lobbisini bərk narahat edir. Bu isə təbliğat üçün yaxşı vasitədir”, – deyə jurnalist qeyd edib.

Qaynarinfo.Az