Xəbər lenti

"Qəbələ" Avroliqada uduzdu və üzr istədi
İdman 10:24 04.07.2014

"Qəbələ" Avroliqada uduzdu və üzr istədi


Ötən gün Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, ilk olaraq "Qəbələ" meydana çıxıb.

Premyer Liqanın bürünc mükafatçısı Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubunu qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu "Qəbələ"nin qapısından Vaqner keçirib. O, 74-89-cu dəqiqələrdə dubl edib.

"Oyunumuz alınmadı. Bütün məsuliyyət mənim üzərimdədi. İstər stadiona gələn, istərsə də oyunu televiziya vasitəsilə izləyən bütün azarkeşlər qarşısında üzr istəyirəm. Rəqibimizin bizdən fərqli formalaşmış heyəti var. Qarşıda cavab oyunu var, çalışacağıq ki, həmin oyunda möcüzəyə nail olaq. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar, özlərini göstərmək arzuları vardı". Bu sözləri "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu deyib.

Qeyd edək ki, "Şiroki Briyeq" 2013/14 mövsümündə Bosniya və Hersoqovina çempionatının gümüş medallarına sahib çıxıb. Bu komanda 2004/05 mövsümündə Çempionlar Liqasında "Neftçi"yə rəqib olub. Səfər oyununda 1:2 hesabı ilə yenilən təmsilçimiz evdə qələbə qazanaraq mərhələ keçib - 1:0. "Şiroki Briyeq" həmin vaxtdan ardıcıl 10 mövsümdə avrokuboklara vəsiqə qazanıb.


Avropa Liqası
I təsnifat mərhələsi

İlk oyun

3 iyul
Qəbələ (Azərbaycan) - Şiroki Briyeq (Bosniya və Hersoqovina) 0:2
Qollar: Vaqner, 74; 89.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->