Rusiyalı mütəxəssis Yuri Syominin mayın 22-də “Qəbələ” ilə müqavilə bağlayacaq.
"Azerisport.az" saytının verdiyi xəbərə görə rusiyalı çalışdırıcı sabah Bakıya gəlməyəcək. Tərəflər müqaviləyə elektron poçt vasitəsilə imza atacaqlar.
Belə ki, “Qəbələ” müqavilənin imzalı nüsxəsini Syominə göndərəcək və o da öz imzasını atdıqdan sonra geri qaytaracaq.
Qeyd edək ki, Syominin Azərbaycana mayın 29-da gəlməsi gözlənilir. O, ictimaiyyətə də məhz həmin gün təqdim olunacaq.
Qaynar.info
Şərhlər