İdman 20:59 24.08.2013

""Neftçi"də heç vaxt işləmərəm"

"Hələ ÇFR-dən rəsmən ayrılmamışam. 
Gələn həftənin bazarertəsi günü rəhbərliklə yekun görüşümüz olacaq. Hələ müqaviləyə rəsmən xitam verilməyib. Növbəti həftə hər şey rəsmiləşəcək".  Bu sözləri "Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Mirça Rednik deyib.
Bu günlərdə ÇFR-lə müqaviləsini gözlənilmədən pozan tanınmış mütəxəssis Con Toşakı əvəzləyəciyi ilə bağlı sualdan yayınıb. “Neftçi”də heç vaxt işləmərəm!» söyləyən rumıniyalı çalışdırıcı yaxınlarda Bakı klublarının birindən təklif aldığını açıqlayıb:
"Gəlin, bu söhbətə burda nöqtə qoyaq. Çox danışdıq. Onsuz da o klubun adını deməyəcəm. Artıq hər şey geridə qalıb. Daha bəsdi. Çox danışmaq istəmirəm. Siz, demək olar ki, məndən müsahibə aldız. Kifayət qədər çox sual verdiz". (Sport Favorit)