İdman 10:15 25.04.2013

"Real"da belə darmadağın oldu - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Almaniyanın "Borussiya" (Dortmund) klubu İspaniyanın "Real" (Madrid) klubunu qəbul edib.

Artıq 8-ci dəqiqədə Levandovski ispanları məyus edib - 1:0. 43-cü dəqiqədə Ronaldo hesaba tarazlıq gətirib.

İkinci hissənin əvvəlində Levandovski daha iki qol vuraraq hesabı almanların xeyrinə dəyişib (3:1).

Bu azmış kimi, Levandovski 67-cı dəqiqədə "Real"ın qapısına təyin olunan penalti zərbəsini də dəqiq yetirib - 4:1. Matç elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda "Bavariya" "Barselona"nı 4:0 hesabı ilə məğlub etmişdi.

Qaynar.info