İdman 10:38 27.02.2014

"Real"dan darmadağın, "Qalatasaray" heç-heçə etdi

Dünən Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Qol.Az-ın məlumatına görə, gecə daha iki qarşılaşma baş tutub. Azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi oyun İstanbulda keçirilib. Burada yerli "Qalatasaray" "Çelsi"ni sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Digər qarşılaşmada Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək. 

26 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə) - 1:1 

Qollar: Torres, 8 (0:1), Şedju, 65 (1:1)

23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)- 1:6 

Qollar: Benzema, 13 (0:1), Bale, 21 (0:2), Ronaldo, 52 (0:3), Benzema, 57 (0:4), Bale, 69 (0:5), Ronaldo, 89 (0:6), Huntelar, 90+1 (1:6)

Qaynar.info