İdman 17:18 08.04.2014

"Real"dan "Çelsi"nin futbolçularına 79 milyon avro

"Real" (Madrid) klubu mövsümün sonunda "Çelsi"nin iki futbolçusunu birdən transfer etməyi planlaşdırır.

Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Çelsi"dən Eden Hazard və Oskara "elçi" düşüb.

"Kral klubu" hər iki futbolçunun transferi üçün 79 milyon avrosundan keçməyə hazırdır. Lakin "zadəganlar" bu təklifə münasibət bildirməkdə tələsmir. "Çelsi" hər iki futbolçunu daha yüksək məbləğə satmaq niyyətindədir.

Qeyd edək ki, bu mövsüm Hazard keçirdiyi 45 oyuna 17, Oskar isə 43 görüşdə 11 qola imza atıb.

Qaynar.info